AZ

"Deyirlər ki, açıq-saçıqlığı təbliğ edirsən" - Dilarə Kazımova

"Nə qədər açıq-saçıq fotosessiyalar etsəm də, çərçivələrim var. Mənə vaxtında geyim və hərəkətlərimlə bağlı zorbalıqlar da olmuşdu. Bəzən sözlər, yazılan rəylər məni üzür. Digər tərəfdən isə heç o tərəfə baxmıram. Çünki vaxtında "Biz sənə nə deyiriksə, sus", "Başını aşağı sal", "Fikir bildirmə və rahat ol" kimi sözləri çox eşitmişəm. Mən də rahat olmamağı, özüm kimi olmağı seçmişəm".
 
Bu sözləri müğənni Dilarə Kazımova "Mədəni şou"da deyib. İfaçı nədənsə asılı olmağın onu narahat etdiyini bildirib:
 
"Mən illərlə buna gəlmişəm, 30-dan sonra bunu başa düşmüşəm. Çünki kimin fikrinə bağlısansa, demək ki, artıq sərbəst deyilsən, kimdənsə asılısan. Nədənsə asılı olmaq məni narahat edir. Özümə sual verirəm, əgər məsuliyyətini dərk edirəmsə, istəyimi həyata keçirirəm. Əgər sual işarəsi yaranırsa, etmirəm. Fikir bildirəndə çalışıram ki, etik normalarda, çərçivədə olsun. Bu, geyimlə də bağlı olmalıdır. Mən sadəcə başa düşdüm ki, qapalı və açıq da geyinsəm, söz deyirlər. Fikirlər fərqlidir, amma mən öz həyatımı yaşamaq istəyirəm. Sonra ayılanda istəmirəm görüm ki, kiminsə fikri və istəyi ilə yaşamışam. Mənə deyirlər ki, sən açıq-saçıqlığı təbliğ edirsən. Xeyr, təbliğ etmirəm. Bunu özüm qəbul etmişəm. Mənim yolum və öz istəyimdir. Hər kəs öz istədiyi həyatı yaşasın". (Axşam.az)
Seçilən
10
3
moderator.az

4Mənbələr