AZ

Milli Məclis İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsini təsdiqlədi

Bakı. Trend:

"İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanunlayihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbuledilib.

Trend-inməlumatına görə, qanun layihəsi parlamentin bugünkü plenariclasında müzakirəyə çıxarılıb.

Məlumat üçün bildirək ki, işsizlikdən sığorta fondunun (ocümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) aparatının və digər struktur bölmələrinin) hesablarındaqalan sərbəst vəsait "İşsizlikdən sığorta haqqında" Qanuna uyğunolaraq növbəti ilin xərclərinin maliyyələşdirilməsinə və (və ya)müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən investisiyaya yönəldiləcək.

İşsizlikdən sığorta fondunungəlirləri

2026-cı il üzrə işsizlikdən sığorta fondunun gəlirlərinin238,3 milyon manat və işsizlikdən sığorta fondununəvvəlki illərdə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərininmaliyyələşdirilməsinə yönəldilən vəsaitin həcminin isə 28,1milyon manat olacağı proqnozlaşdırılır.

2026-cı ildə işsizlikdən sığorta haqları üzrə yığımların236,6 milyon manat təşkil edəcəyiproqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq edilmiş göstəricisiilə müqayisədə 30,27 milyon manat və ya14,67 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə3,03 milyon manat və ya 1,3 faizçoxdur.

Büdcədən maliyyələşən təşkilatlar və həmin təşkilatlardaişləyənlər tərəfindən ödəniləcək işsizlikdən sığorta haqları üzrədaxilolmaların proqnozu 51,9 milyon manat təşkiledir.

2026-cı ildə işsizlikdən sığorta haqları üzrə daxilolmalarınproqnozunun 184,7 milyon manatı və ya 78faizi qeyri-büdcə sektorunun payına düşür.

İşsizlikdən sığorta fondununxərcləri

İşsizlikdən sığorta fondunun 2026-cı il üçün xərcləri266,4 milyon manat həcmində proqnozlaşdırılır ki,bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisinə nisbətən5,7 milyon manat və ya 2 faiz,2024-cü ilin icra göstəricisinə nisbətən isə 73,7milyon manat və ya 38 faiz çoxdur.

Seçilən
5
47
az.trend.az

10Mənbələr