BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində “Amazon Web Services” (AWS) şirkətinin ümumdünya dövlət sektorunda texnologiyalar üzrə vitse-prezidenti Dominik Delmolino ilə görüş keçirib.
Bu barədə TurkicWorld-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Görüş zamanı “bulud” infrastrukturunun inkişafı, dövlət xidmətlərində rəqəmsal transformasiya, kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi və innovasiya ekosisteminin genişləndirilməsi üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.