Bakı, 9 dekabr, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-a səfər çərçivəsində “Amazon Web Services” (AWS) şirkətinin ümumdünya dövlət sektorunda texnologiyalar üzrə vitse-prezidenti Dominik Delmolino ilə görüş keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı “bulud” infrastrukturunun inkişafı, dövlət xidmətlərində rəqəmsal transformasiya, kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi və innovasiya ekosisteminin genişləndirilməsi üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.