Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in Mətbuat Xidmətindənməlumat verilib. Axtarışda olduğuna görə ümumilikdə 331, o cümlədən borclu şəxs qismində axtarışda olan 296 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.