İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,95 ABŞ dolları və ya 1,42% azalaraq 66 dollar təşkil edib.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,98 dollar və ya 1,51% ucuzlaşaraq 64,07 dollar təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,95 dollar və ya 4,96% azalaraq, 37,35 dollar/barelə bərabər olub.