Bakı. Trend:
2025-ci ilin ilk doqquz ayına aid qlobal avtomobil satışrəqəmləri açıqlanıb. Elektrikli avtomobillərin sürətli yüksəlişidavam etsə də, Tesla Model Y bu il dünya birincisi ola bilməyib.Bir çox avtomobil həvəskarını təəccübləndirən lider model isəToyota RAV4 olub.
Trend xəbər verir ki, ToyotaRAV4, Toyota Corolla və Ford F-Series 2025-ci ilin ən çox satılanilk üç avtomobili kimi siyahının zirvəsində yer alıb. Tesla Model Yisə ümumi sıralamada dördüncü olub.
2025-ci ilin ilk doqquz aylıq satış göstəricilərinə əsasən,Toyota RAV4 dünya üzrə ən çox satılan avtomobil titulunu yenidənqoruyub. Model, ötən illə müqayisədə 1,5% artım əldə edərək qlobalbazarda 2,5%-lik payını saxlayıb.
Dünyada ən çox satılan 10 avtomobil (2025 - ilk 9ay)
Toyota RAV4
Toyota Corolla
Ford F-Series (pickup)
Tesla Model Y
Honda CR-V
Chevrolet Silverado (pickup)
Toyota Camry
Hyundai Tucson
Toyota Hilux (pickup)
Kia Sportage