AZ

Dünyanın ən çox satılan avtomobili açıqlandı: nə Hyundai, nə də Tesla!

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

2025-ci ilin ilk doqquz ayına aid qlobal avtomobil satış rəqəmləri açıqlanıb. Elektrikli avtomobillərin sürətli yüksəlişi davam etsə də, Tesla Model Y bu il dünya birincisi ola bilməyib. Bir çox avtomobil həvəskarını təəccübləndirən lider model isə Toyota RAV4 olub.

Milli.Az xəbər verir ki, Toyota RAV4, Toyota Corolla və Ford F-Series 2025-ci ilin ən çox satılan ilk üç avtomobili kimi siyahının zirvəsində yer alıb. Tesla Model Y isə ümumi sıralamada dördüncü olub.

2025-ci ilin ilk doqquz aylıq satış göstəricilərinə əsasən, Toyota RAV4 dünya üzrə ən çox satılan avtomobil titulunu yenidən qoruyub. Model, ötən illə müqayisədə 1,5% artım əldə edərək qlobal bazarda 2,5%-lik payını saxlayıb.

Mütəxəssislər RAV4-ün uğurunu aşağıdakı amillərlə izah edir:

Yüksək yanacaq qənaəti

Etibarlı və dayanıqlı konstruksiya

Aşağı servis və saxlanma xərcləri

Dünyada ən çox satılan 10 avtomobil (2025 - ilk 9 ay)

Toyota RAV4

Toyota Corolla

Ford F-Series (pickup)

Tesla Model Y

Honda CR-V

Chevrolet Silverado (pickup)

Toyota Camry

Hyundai Tucson

Toyota Hilux (pickup)

Kia Sportage

2025-ci il satışlarında Toyota markası güclü performans nümayiş etdirib. Corolla və RAV4 ilk iki pilləni bölüşdürərkən, Ford F-Series üçüncü olub. Tesla Model Y elektrikli avtomobillər arasında lider olsa da, ümumi qlobal satış sıralamasında dördüncü yeri tutub.Lalə Qüdrətova

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
4
news.milli.az

5Mənbələr