AZ

Biləsuvarda dördotaqlı ev yandı: Ev sahibləri fəryad etdilər

Biləsuvarın Çinarlı kəndində yanğın baş verib.

Kənd sakini Ziyəddin Məmmədova məxsus 4 otaqlı ev əşyaları ilə birgə yanaraq külə dönüb.

"Bizim hər şeyimiz bu evdə idi. Bir saatın içində yanıb kül oldu", - deyə ev sahibi bildirib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Daha ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Seçilən
19
1
yenisabah.az

2Mənbələr