AZ

NYFW rəsmi olaraq xəzi qadağan etdi

ain.az, Yeniavaz portalına istinadən məlumat verir.

Nyu-York Moda Həftəsinin (NYFW) Moda Təqviminin sahibi və təşkilatçısı olan Amerika Moda Dizaynerləri Şurası (CFDA) NYFW tədbirlərində xəz məhsullarını tanıtmayacağını açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, bu, qarşıdan gələn 2026 NYFW-dən başlayaraq Moda Təqvimindəki nəşrlərə, sosial mediaya və rəsmi vebsayta şamil ediləcək.

“NYFW artıq xəzi nümayiş etdirmir, lakin bu mövqedən çıxış edərək, CFDA Amerika dizaynerlərini moda sənayesinin heyvanlara təsiri haqqında daha dərindən düşünməyə ilhamlandırmağa ümid edir. İstehlakçılar getdikcə daha çox heyvan qəddarlığı ilə əlaqəli məhsullardan imtina edirlər və biz istəyirik ki, Amerika modası yol göstərsin və materiallarda innovasiyalara təkan versin”, - CFDA-nın baş direktoru və prezidenti Steven Kolb bildirib.

Bildirilib ki, bu qərar “Humane World for Animals” və “Collective Fashion Justice” ilə uzun illər davam edən əməkdaşlığın nəticəsidir. 

Qeyd edək ki, bu ilin əvvəlində “Vogue”, “Vanity Fair” və “Glamour”un sahibi olan “Condé Nast” media qrupu da xəzi redaksiya məzmunu və reklamda qadağan etdi. Oxşar tədbirlər daha sonra digər moda nəşrləri, o cümlədən ELLE və “InStyle” tərəfindən qəbul edildi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
yeniavaz.com

2Mənbələr