AZ

Ölkəmizdə süni intellekt sahəsində istedadların formalaşdırılması üçün genişmiqyaslı proqram həyata keçirilir  

Bu ilin əvvəlində ölkəmizdə təsdiq edilmiş süni intellekt strategiyası dörd əsas hissəyə bölünür. Bura - süni intellektin idarə olunmasının təşkili və dövlət idarəçiliyində tətbiqi, məlumat və infrastrukturun təkmilləşdirilməsi və formalaşdırılması, insan resursları – istedad və bacarıqların inkişafı, həmçinin süni intellektin gələcəkdə tətbiqi üçün biznes və dövlət sektorunda mühitin yaradılmasıdır.

AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov parlamentdə keçirilən “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri” mövzusunda elmi-praktik konfransda bildirib.

Nazir müavini qeyd edib ki, süni intellektin inkişafı üçün ilk növbədə məlumatın (datanın) mövcudluğu vacibdir.

“Bu məlumatın işlənməsi üçün infrastruktur da tələb olunur. İkinci mühüm amil isə həmin data və infrastrukturu işlədə biləcək insanların mövcudluğudur. Uzun müddət süni intellektin effektiv inkişafının 50−50 nisbətdə data-infrastruktur və insan amilindən asılı olduğu düşünülürdü. Lakin 2025-ci ilin yayından bu yana aparılan beynəlxalq araşdırmalar göstərir ki, inkişaf etmiş ölkələrin əksəriyyətində data və infrastruktur kifayət qədər olsa da, süni intellektin inkişaf sürəti gözlənilən səviyyəyə çatmır. Tədqiqatçılar bunun səbəbini insan amilinin əhəmiyyətinin daha böyük olması ilə əlaqələndirir, bu amilin payını 70 faizdən yuxarı qiymətləndirirlər. Bu baxımdan, nazirlik ölkədə süni intellekt tətbiqlərinin genişləndirilməsi və bu sahədə istedadların formalaşdırılması üçün genişmiqyaslı proqram həyata keçirir”, - deyə nazir müavini əlavə edib.

Seçilən
1
1
azerbaijan-news.az

2Mənbələr