AZ

Əhmədinejada danışmaq qadağası!

İranın sabiq prezidenti Mahmud Əhmədinejad bacısının anım mərasimində jurnalistlə yaşanan qısa dialoqla yenidən gündəmə gəlib.

NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, “Ensaf News” saytının müxbiri ona “Milli birliyi qorumaq üçün tövsiyəniz nədir?” sualına, Əhmədinejadın mühafizəçisi müdaxilə edərək “Müsahibə verməmək daha yaxşıdır”, – deyib.

Jurnalist sualı təkrarladıqda isə Əhmədinejadın “Onun dediklərinə eşitmədiniz?!”, – cavabı müxbiri təəccübləndirib.

Hadisə sosial şəbəkələrdə və yerli mediada geniş müzakirələrə səbəb olub. Uzun müddətdir mediaya açıqlama verməyən keçmiş prezidentin çıxışlarının məhdudlaşdırıldığı və ona rəsmi şəkildə müsahibə verməyin qadağan edilməsi ilə bağlı ehtimallar güclənib.

Seçilən
10
1
nocomment.az

2Mənbələr