"Biz sadə bir səbəbdən xristianıq. Çünki Böyük Kral Trdat səhər qalxıb bizim indi xristian olduğumuza dair fərman imzalayıb".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"İndi erməni kimliyindən danışsaq, qeyd edəcəyimiz ilk üç şey nədir? Məncə, biz erməni yazısını, xristianlığı, erməni apostol kilsəsini qeyd edəcəyik. Əgər Erməni Apostol Müqəddəs Kilsəsi bizim kimliyimizdirsə, erməni yazısı və xristianlığımızdırsa, niyə dövlət bizim kimliyimizdir deyirik?
Bütün problem odur ki, biz bu üç əsas şəxsiyyət sütununu dövlət sayəsində və dövlət qərarları nəticəsində əldə etmişik. Niyə biz xristianıq? Biz sadə bir səbəbdən xristianıq, çünki Böyük Kral Trdat səhər qalxıb bizim indi xristian olduğumuza dair fərman imzalayıb. Bizim xristian olmağımız üçün başqa səbəb yoxdur, təşkilati olaraq nəzərdə tuturam", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu