AZ

Neft Kimya Prosesləri İnstitutu əməkdaşlarının 23 məqaləsi Q1 kateqoriyalı jurnallarda dərc olunub

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 8 dekabr, AZƏRTAC

Son 20 ildə akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 106 kitab, 81 monoqrafiya, 32 dərslik, 55 dərs vəsaiti, 28 biblioqrafiya, 26 konfrans materialı hazırlanaraq çap olunub. 1991-2025-ci illərdə institutun əməkdaşları 4056 məqalə çap etdiriblər. Onlardan 1383-ü (34,1 faizi) xarici jurnallarda dərc olunub.

Bu barədə AZƏRTAC-a Neft-Kimya Prosesləri İnstitutundan məlumat verilib. Eyni zamanda, bu müddət ərzində 5081 məruzənin tezisləri çap etdirilib ki, onlardan 1397-si (27,5 faizi) xarici mətbuatda dərc olunub.

Bildirilib ki, 2015-2025-ci illərdə isə institutun əməkdaşlarının Q1 kateqoriyalı jurnallarda 23, Q2 kateqoriyalı jurnallarda 29, Q3 kateqoriyalı jurnallarda 87 və Q4 kateqoriyalı jurnallarda 277 məqaləsi dərc olunub. Məqalələrə istinadların sayı ümumilikdə 17473 olub.

1 / 2

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
azertag.az

1Mənbələr