ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 8 dekabr, AZƏRTAC
Çində tamamilə səslə idarə olunan dünyanın ilk smartfonu - “Nubia M153” qurğusu təqdim edilib.
AZƏRTAC xəbər verir ki, “Nubia M153” smartfonu “Doubao Mobile Assistant” sayəsində sadəcə səs əmri ilə restoranlarda masaların rezervasiyası və şəkillərin redaktə edilməsi də daxil olmaqla bir sıra gündəlik tapşırıqları yerinə yetirə bilir. Mühəndislik prototipi kimi təqdim edilən və yalnız onlayn sifarişlə satılan smartfon Çin bazarında əlamətdar hadisəyə çevrilib. Alıcılar üçün maraq doğuran əsas amil modelin texniki təchizatı deyil, proqram təminatı imkanları olub. “Nubia M153” smartfonunun qiyməti 3499 yuandır (494 dollar).
Qeyd edək ki, “Doubao Mobile Assistant” süni intellekt köməkçisi “ByteDance” şirkətinin ZTE ilə əməkdaşlığı sayəsində ortaya çıxıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.