AZ

DİN: Son iki gündə 53 cinayətin açılması təmin edilib

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 8 dekabr, AZƏRTAC

Dekabrın 6 və 7-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 78, o cümlədən borclu şəxs qismində axtarışda olan 51 nəfər, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər, dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 6-da və 7-də ümumi çəkisi 16,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Həmçinin narkotiklərlə əlaqədar 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Həmin gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 9 tüfəng, 2 patron darağı və 759 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
49
azertag.az

10Mənbələr