AZ

Qanunsuz saxlanılan silah-sursat götürüldü

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi sahəsində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Avtosfer.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Dekabrın 6-da və 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 9 tüfəng, 2 patron darağı və 759 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

 

 

Seçilən
28
49
avtosfer.az

10Mənbələr