ain.az bildirir, Bizimyol portalına istinadən.
ABŞ Müdafiə Nazirliyinin büdcə təklifində 2026 və 2027-ci illərdə Ukraynaya dəstək üçün hər biri 400 milyon dollar ayrılıb.
Bizimyol.info xəbər verir ki, bu, Konqresin bu həftə səsverməyə başlayacağı dərc olunmuş sənəddə bildirilir.
Sənəddə deyilir ki, "2026-cı maliyyə ili üçün - 400 milyon dollar. 2027-ci maliyyə ili üçün - 400 milyon dollar".
Bundan əlavə, qanun layihəsi Pentaqon rəhbərini Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması və ya ləğvi barədə Nümayəndələr Palatasına və Senata hesabat verməyə məcbur edir.
Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.