AZ

Biləsuvarda 4 otaqlı ev yanaraq KÜLƏ DÖNDÜ

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.Bizim.Media xəbər verir ki, hadisə rayonun Çinarlı kəndində Yusif Məmmədova məxsus fərdi yaşayış evində qeydə alınıb.Əraziyə dərhal yanğından mühafizə bölməsinin texnikaları və canlı qüvvəsi cəlb olunub, alovun qarşısı qısa müddətdə alınıb.

 

Yanğın nəticəsində ümumi sahəsi 135 kvadratmetr olan birmərtəbəli, 4 otaqlı yaşayış evi tamamilə yanaraq yararsız hala düşüb.

Eyni zamanda yaxınlıqda yerləşən sahəsi 143 kvadratmetr olan birmərtəbəli, 5 otaqlı evin dam örtüyünün yanar hissələri 3 kvadratmetr ərazidə zədələnib, bir pəncərə çərçivəsi yanıb.Faktla bağlı araşdırma aparılır.Sabutay, Bizim.Media, Cənub bürosu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
26
bizim.media

10Mənbələr