Göygöldə ölümlə nəticələnən ağır qəza olub.
"Unikal"ın məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki hərəkətdə olan NİVA markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb. Minik maşını aşandan sonra deformasiyaya uğrayıb. Dərhal əraziyə FHN-nin və polis əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Tural Əhmədov