Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Daha betəri odur ki, AXCP İranın molla rejimi ilə xoş münasibətdə olub. Sirr deyil ki, Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Tale Bağırzadə ilə AXCP sədri Əli Kərimlinin son dərəcə isti münasibətləri var. Heç o da təsadüfi deyil ki, məhz Müsəlman Birliyi Hərəkatı hamını qabaqlayaraq Əli Kərimlinin həbsinə etiraz etdi".
"Cebheinfo.az" xəbər verir ki, bunu Avropada yaşayan jurnalist Elbəyi Həsənli deyib.
"Hamı bilir ki, Müsəlman Birliyi Hərəkatı İran İslam İnqilabını Azərbaycana ixrac etmək uğrunda mübarizə aparır. Bəxtimiz onda gətirib ki, İslam İnqilabı modeli artıq İranın özündə iflasa uğramaqdadır. Buna baxmayaraq, AXCP Müsəlman Birliyi Hərəkatından dördəlli yapışıb.
Bu yaxınlarda sayın Cəmil Həsənli mənim haqqımda yekə bir status paylaşmışdı. Və iddia etmişdi ki, mən iqtidarın qulluğunda olduğuma görə onu tənqid etmişəm.
Söhbət ondan gedirdi ki, İsrail-İran müharibəsi zamanı Cəmil Həsənli iki ayağını bir başmağa dirəyib İranın müdafiəsinə qalxmışdı. Azərbaycanın, xüsusi ilə Qərbin yaxın müttəfiqi olan İsraili lənətləmişdi. Mən də buna etiraz etmişdim. Təbii ki, hər hansı bir azərbaycanlı İranı müdafiə edə bilər. Ancaq sayın professor xüsusi siyasi statusu olan adamdır. Belə bir statusda olan adam belə məsuliyyətsiz çıxışlar edə bilməz. Ən azı, mən belə fikirləşirəm”,-deyə o vurğulayıb.
Xəzər
"Cebheinfo.az
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.