Bakı. Trend:
Bu ilin yanvar - noyabr ayları ərzində Naxçıvan MuxtarRespublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətininxətti ilə büdcəyə 233 milyon manata yaxın vergi daxil olub ki, buda ötən ilin eyni dövrünə nisbətən 14,9 faiz və ya 30,2 milyonmanat çoxdur.
Bu barədə Trendİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadənxəbər verir.
Məlumata görə, qeyri-dövlət sektorundan daxilolmalar 166,6milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədəbu sektordan vergi daxilolmaları 29,6 milyon manat və ya 21,6 faizartıb.
Ödənilən vergilərin 71,5 faizi qeyri-dövlət sektorunun, 28,5faizi isə dövlət sektorunun payına düşüb.
Bundan başqa, 2025-ci ilin yanvar - noyabr aylarında NaxçıvanMuxtar Respublikasında işsizlikdən sığorta haqları üzrədaxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faizartaraq 4,1 milyon manata yaxın olub.
Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə ödəmələr 2024-cüilin eyni dövrünə nisbətən 8 faiz artıb və 27,6 milyon manatdanartıq təşkil edib.