Əfqanıstan hökuməti Rusiyaya kənd təsərrüfatı sahəsində işləmək üçün əmək miqrantları göndərməyə hazır olduğunu açıqlayıb.
KONKRET.az xəbər verir ki, Əfqanıstanın Rusiyadakı səfiri Qul Həssən bildirib ki, Taliban Rusiyaya əfqan işçilərinin kənd təsərrüfatı layihələrinə cəlb olunmasını təklif edib.
“Hazırda kənd təsərrüfatı üzrə əmək təklif etmişik. Əgər razılıq əldə olunsa, gələcəkdə digər sahələrdə də əməkdaşlıq edə bilərik,” – deyə səfir bildirib.
Xatırladaq ki, Sberbankın rəhbəri German Qref yaxın illərdə Rusiyada 2,8–5 milyon nəfərlik işçi qüvvəsi çatışmazlığı olacağını və bu problemin miqrantlar olmadan həllinin mümkünsüzlüyünü bildirmişdi.
Hindistanın Sankt-Peterburqdakı baş konsulu Nilam Rani isə qeyd edib ki, bu il Rusiyaya əmək miqrasiyası artıb və ölkə 400 min hind işçisini cəlb etməyi planlaşdırır.
Müşviq Tofiqoğlu
KONKRET.az