AZ

Türkiyədən Fransaya sement ixracı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Fransaya sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz azalaraq, 159 milyon 554 min 33 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin oktyabr ayında Fransaya sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28,9 faiz azalaraq, 12 milyon 134 min 91 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq, 3 milyard 753 milyon 487 min dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 402 milyon 3 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 10,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2024-oktyabr 2025) Türkiyə 4 milyard 438 milyon 323 min dollar məbləğində sement ixrac edib.

Seçilən
260
48
turkic.world

10Mənbələr