"Qarabağ" futbolçuları "Napoli" (İtaliya) ilə matçda cəsarətli oyun göstəriblər.
Publika.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Napoli"yə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis səfər matçındakı məğlubiyyəti şərh edib:
"Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Oyundan razı qaldım. Baxmayaraq ki, məğlub olduq. Futbolçularım çəkinmədən sona qədər mübarizə apardılar. Futbolçularımız cəsarətli oyun göstərdilər".