BAKI, 26 noyabr. TELEQRAF
"Məğlubiyyətə baxmayaraq, oyunçularımın çıxışından razıyam".
Teleqraf xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İtaliyada "Napoli"yə 0:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasını oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
"Rəqibin baş məşqçisi Antonio Konteni təbrik edirəm. Futbolçularım keyfiyyətli rəqibə qarşı cəsarətli oldular. Onlardan razıyam. Biz hər oyundan zövq almalı və özümüzə inanmalıyıq. Oyun gözlənildiyi kimi keçdi. Futbolçularıma deyəcək heç bir sözüm yoxdur. Bəzi əvəzetmələr vacib oyunlarda həlledici ola bilər".