AZ

"Napoli" "Qarabağ"a qalib gəlir - Yenilənir

style='margin-bottom:10px;'>

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tura start verilib. 

QOL.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da meydana çıxıb.. Ağdam təmsilçisi səfərdə “Napoli”nin qonağıdır.

Matçı tanınmış polşalı referi Şimon Marçinyak idarə edir. 

4 turdan sonra “Qarabağ” turnir cədvəlində 7 xalla 36 komanda arasında 15-ci pillədə qərarlaşıb. Qurban Qurbanovun komandası “Benfika” (3:2) və “Kopenhagen”i (2:0) məğlub edib, “Çelsi” ilə bərabərə (2:2) qalıb və yalnız “Atletik”ə uduzub (1:3). 

“Napoli” isə 4 oyundan 4 xal toplayıb və turnir cədvəlində 24-cü yeri tutur. Neapol təmsilçisi səfərdə “Mançester Siti”yə 0:2, PSV-yə 2:6 hesabı ilə uduzub. Öz meydanında isə “Sportinq”ə 2:1 hesabı ilə qalib gəlib və “Ayntraxt”la qolsuz bərabərliyə razılaşıb. 

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, V tur

26 noyabr

00:00. “Napoli” (İtaliya) - “Qarabağ” (Azərbaycan) - 2:0 (İkinci hissə)

Qollar: Skot Maktominey, 66, Marko Yankoviç, 72-avtoqol

Matçın 56-cı dəqiqəsində "Napoli"nin futbolçusu Rasmus Haylunnun penalti zərbəsini "Qarabağ"ın qapıçısı Mateuş Koxalski dəf edib.
Hakimlər: Şimon Marçinyak, Adam Kupsik, Tomaş Listkeviç, Voytsex Mlts (Polşa)

VAR: Pol van Bukel (Niderland)
AVAR: İvan Bebek (Xorvatiya)
Neapol, “Stadio Diego Armando Maradona”

Seçilən
23
6
teleqraf.com

10Mənbələr