AZ

Dohada Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası keçirilib (FOTO)

Bakı.Trend:

24-25 noyabr 2025-ci il tarixlərində Qətərin paytaxtı Dohaşəhərində Azərbaycan Respublikası Hökuməti və Qətər DövlətiHökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın4-cü iclası və bu çərçivədə Azərbaycan-Qətər Birgə Biznes Şurasınınilk iclası keçirilib.

Trend xəbərverir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, tədbirlərdə iştirak etmək üçün Birgə KomissiyanınAzərbaycan tərəfindən həmsədri, fövqəladə hallar naziri KəmaləddinHeydərovun başçılıq etdiyi nümayəndə heyəti Qətər Dövlətinə səfəredib.

Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib.

Noyabrın 24-də nazir Kəmaləddin Heydərov Qətər Dövlətinin Başnaziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman binCasim Al Tani ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin və Qətər Dövlətinin Əmiri zati-aliləri Şeyx Təmim binHəməd Al Taninin müdrik, ardıcıl və uzaqgörən siyasəti nəticəsindəiki ölkə arasında çoxşaxəli əlaqələrin daim genişləndiyivurğulanıb, əməkdaşlığın bir çox istiqamətlər üzrə, o cümlədəniqtisadi-ticari müstəvidə inkişafı üçün geniş potensialın mövcudolduğu qeyd edilib, fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nazir Kəmaləddin Heydərov Birgə KomissiyanınQətər tərəfindən həmsədri, Qətər Dövlətinin Xarici TicarətMəsələləri üzrə Dövlət naziri Dr. Əhməd bin Muhəmməd Al-Seyyid iləgörüşüb.

Görüşdə iki ölkə arasında əlaqələrin hazırkı səviyyəsindənməmnunluq ifadə olunub, iqtisadi-ticari əməkdaşlığıngenişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb,Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasındaBirgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 4-cü iclasınahazırlıq çərçivəsində görülən işlər və Komissiya qarşısında duranməsələlər geniş müzakirə edilib.

Sonra nazir Kəmaləddin Heydərov Qətər Dövlətinin daxili işlərnaziri Şeyx Xəlifə bin Həməd bin Xəlifə Al Tani ilə görüşüb.

Görüşdə iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğunqurumları arasında əlaqələrin hazırkı vəziyyəti və inkişafperspektivləri müzakirə edilib, əməkdaşlıq üçün hüquqi baza rolunuoynayan və 2014-cü ildə imzalanmış “Azərbaycan RespublikasıHökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə hallarınidarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” üzrə görüləntədbirlər, o cümlədən 2023-cü ildə Qətərdən olan bir qrup zabitheyətinin Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasındaaldığı yüksək təhsil qeyd olunub, bu istiqamətdə atılacaq növbətiaddımlar nəzərdən keçirilib.

Noyabrın 24-də Azərbaycanın fövqəladə hallar naziri KəmaləddinHeydərov və Qətərin Xarici Ticarət Məsələləri üzrə Dövlət naziriDr. Əhməd bin Muhəmməd Əl Seyyid Azərbaycan Respublikası Hökumətivə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət vəTexniki Komissiyanın 4-cü iclası çərçivəsində keçirilənAzərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclasında iştirakediblər.

Tədbirdə çıxış edən K.Heydərov iki ölkə arasında qarşılıqlıetimada söykənən siyasi əlaqələrin iqtisadi əməkdaşlığıngenişləndirilməsi üçün əlverişli imkan yaratdığını qeyd edib, bukontekstdə Azərbaycan-Qətər Birgə Biznes Şurasının mühüm dialoqplatforması rolunu oynadığını bildirib. Ölkələrimiz arasındaticarət dövriyyəsinin artırılması, investisiya həcminingenişləndirilməsi və yeni iqtisadi layihələrin həyata keçirilməsiüçün əhəmiyyətli potensialın mövcud olduğunu bildirən nazir, sənayevə logistika infrastrukturu, kənd təsərrüfatı məhsullarının emalı,ərzaq təhlükəsizliyi, yaşıl enerji, innovativ texnologiyalar vədigər sahələr üzrə əməkdaşlığın prioritet istiqamətlər kimi önplana çıxdığını vurğulayıb. Azərbaycanda xarici sərmayədarlar üçünmövcud əlverişli biznes və investisiya mühitinin Qətər şirkətləriüçün geniş imkanlar açdığını, xüsusən Qarabağ və Şərqi Zəngəzuriqtisadi rayonlarında bərpa və infrastruktur layihələri, turizmklasterlərinin formalaşdırılması və kənd təsərrüfatı sahəsindəinvestisiya imkanlarının böyük perspektivlər vəd etdiyini qeydedib, şuranın keçirilən iclasının iqtisadi əlaqələrin daha dagenişləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadəedib.

İclasda çıxış edən Dr. Əhməd bin Muhəmməd Əl Seyyid Azərbaycanvə Qətər arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, buistiqamətdə məqsədyönlü tədbirlər görüldüyünü, keçirilən iclasıniqtisadi-ticari münasibətlərin inkişafına müsbət təsirgöstərəcəyinə əmin olduğunu bildirib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və QətərTicarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilmiş,rəsmilər və hər iki ölkədən 50-yə yaxın iş adamının iştirak etdiyiiclasda gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsiaparılıb, təkliflər səsləndirilib.

Noyabrın 25-də Azərbaycan Respublikası Hökuməti və Qətər DövlətiHökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın4-cü iclası öz işinə başlayıb.

İclasda çıxış edən Komissiyanın Azərbaycan tərəfindən həmsədriKəmaləddin Heydərov səfər zamanı göstərilən qonaqpərvərliyə görəQətər tərəfinə təşəkkür edib.

Nazir Azərbaycan-Qətər münasibətlərinin iki ölkə liderlərininsiyasi iradəsi və qarşılıqlı hörmətə əsaslanan yanaşması sayəsindədavamlı inkişaf etdiyini, bu əməkdaşlığın həm siyasi sahədə, həm dəiqtisadi və humanitar müstəvilərdə özünü göstərdiyini bildirib. Buçərçivədə, Birgə Komissiyanın hazırkı iclasının ölkələrimizarasında iqtisadi-ticari və digər sahələr üzrə əlaqələrin daha dagenişlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Komissiyanın 3-cü iclasdan ötən dövr ərzində fəaliyyətindəndanışan nazir K.Heydərov vurğulayıb ki, bu müddət ərzində sənaye,kənd təsərrüfatı, logistika, xidmət və digər sahələrdə qarşılıqlımaraqların müəyyənləşdirilməsi və bu istiqamətlər üzrə aparılanmüzakirələr praktiki əməkdaşlığın genişləndirilməsi üçün əlverişlişərait yaradıb. 2022-ci ildən başlayaraq Qətərdə Azərbaycan TicarətEvinin fəaliyyət göstərməsi, işgüzar dairələr arasında əlaqələrindaha sıx qurulması və sahibkarlıq subyektlərinin birbaşa təmaslarıiqtisadi-ticari əməkdaşlığın daha da genişləndirilməsi üçün genişpotensialın mövcudluğundan xəbər verir. Bu xüsusda, 2021-ci ildəAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindəntəməli qoyulan Ələt Azad İqtisadi Zonasının təqdim etdiyiimkanlardan danışan nazir, həmçinin qeyri-neft sektoru, turizm,aqrar məhsulların emalı, şəhərsalma, infrastruktur və digər sahələrüzrə aparılan müzakirələrin əməkdaşlıq üçün yeni perspektivlər vədetdiyini vurğulayıb.

İclasda çıxış edən Komissiyanın Qətər tərəfindən həmsədri Dr.Əhməd bin Muhəmməd Əl Seyyid ölkələrimiz arasında inkişaf edənəlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edib,iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin genişləndirilməsiüçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb və BirgəKomissiyanın fəaliyyətindən danışıb.

İclasda qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikirmübadiləsi edilib, Komissiya üzvlərinin fikir və təklifləridinlənilib, müzakirələr aparılıb.

İclasın sonunda “Azərbaycan Respublikası Hökuməti və QətərDövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və TexnikiKomissiyanın 4-cü iclasının Protokolu” imzalanıb. ProtokoluKomissiyanın həmsədrləri – Azərbaycan Respublikasının fövqəladəhallar naziri Kəmaləddin Heydərov və Qətər Dövlətinin XariciTicarət Məsələləri üzrə Dövlət naziri Dr. Əhməd bin Muhəmməd ƏlSeyyid imzalayıblar.

Dohada
Dohada
Dohada
Dohada
Məqalədə:
Seçilən
21
11
az.trend.az

10Mənbələr