AZ

Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azadedilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Trend-inQarabağ bürosu xəbər verir ki, Xocalı rayonunun Təzəbinə vəXanyurdu kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində,əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqətiməskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocalının Təzəbinə kəndinə 16 ailə - 66 nəfər,Xanyurdu kəndinə isə 11 ailə - 38 nəfər köçürülüb. Doğma yurdaqayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarınagörə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehribanxanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızıişğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər vəzabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarındankeçən şəhidlərimizə rəhmət diləyiblər.

Seçilən
28
16
az.trend.az

10Mənbələr