AZ

Tovuzda 27 yaşlı gənc toyda bıçaqlanıb

Tovuz, 24 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini 1998-ci il təvəllüdlü N.Hüseynov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, hadisə rayonda yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Hadisənin baş vermə səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
31
10
azertag.az

10Mənbələr