Tovuzda bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini 1998-ci il təvəllüdlü N.Hüseynov bıçaq xəsarəti ilə xəstəxanaya çatırlıb.
Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə hadisə rayonda yerləşən şadlıq sarayların birində qeydə alınıb. Hadisənin baş vermə səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.