AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan növbəti dəfə təyinat alıb.
Offsideplus.az xəbər verir ki, o, Gənclər Liqasının əsas mərhələsində keçiriləcək "Qalatasaray" (Türkiyə) – "Union" (Belçika) oyununun UEFA nümayəndəsi olacaq.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Görüş noyabrın 25-də İstanbulda yerləşən "Esenler Erokspor" stadionunda təşkil olunacaq.