AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb.
Moderator.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, O, UEFA Gənclər Liqasının liqa mərhələsində keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Union” (Belçika) oyununun UEFA nümayəndəsi olacaq.
Görüş noyabrın 25-də İstanbulda yerləşən “Esenler Erokspor” stadionunda təşkil olunacaq.