Bu gün DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunlarının püşkü atılıb.
Msport.az xəbər verir ki, FİFA-nın mənzil qərargahında keçirilən tədbirdə Türkiyə millisinin də rəqibləri məlum olub.
Türkiyə millisi pley-off-da Rumıniya komandası ilə görüşəxək. Bu cütün qalibi pley-off-un finalında Slovakiya – Kosovo cütünün qalibi ilə qarşılaşacaq.
2026 Dünya Kuboku Avropa seçmələrinin pley-off cütləri belədir:
A yolu
İtaliya – Şimali İrlandiya qalibi / Uels – Bosniya və Herseqovina qalibi
B yolu
Ukrayna – İsveç qalibi / Polşa – Albaniya qalibi
C yolu
Türkiyə – Rumıniya qalibi / Slovakiya – Kosovo qalibi
D yolu
Danimarka – Şimali Makedoniya qalibi / Çexiya – İrlandiya Respublikası qalibi
Yarımfinallar 26 mart 2026-cı il, final oyunları isə 31 mart 2026-cı il keçiriləcək.