AZ

Rəşad Sadıqov Qurban Qurbanovla 19 il əvvəlki nadir görüntünü paylaşdı - Şəkil

style='margin-bottom:10px;'>

Hazırda "Zirə"nin baş məşqçisi olan Rəşad Sadıqov özünün Whats App statusunda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla bağlı maraqlı foto paylaşıb.

QOL.az-ın xəbərinə görə, şəkil 2006-cı ildə, Qurban Qurbanovun futbolçu kimi vida oyununda çəkilib. Həmin vaxt yerli və legioner futbolçular qarşılaşıb. Q.Qurbanov və R.Sadıqov Azərbaycan milli komandasının forması ilə oyuna çıxıblar.

Qeyd edək ki, şəkildə Q.Qurbanovun qucağındakı uşaq onun oğlu, hazırda "Qarabağ"da çıxış edən Musa Qurbanlıdır. M.Qurbanlının həmin vaxt 4 yaşı olub.

Şəkildə futbol ictimaiyyətinə tanış daha bir sima var. Qara kurtkada olan şəxs Qurban Qurbanovun böyük qardaşı Musa Qurbanovdur.

Xatırladaq ki, bir çox klubda oynamış Q.Qurbanovun futbolçu kimi son komandası Bakı "İnter"i olub. 

Seçilən
145
18
teleqraf.com

10Mənbələr