AZ

Millinin sabiq baş məşqçisi yeni iş yerində - RƏSMİ

İtaliya millisinin sabiq baş məşqçisi Roberto Mançininin yeni iş yeri məlum olub.

İtaliyalı mütəxəssis Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Napoli”yə keçəcəyi ilə bağlı yayılan şayiələrdən sonra, Qətərin “Əl-Sədd” klubu ilə rəsmi müqavilə imzalayıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 59 yaşlı çalışdırıcı illik 5 milyon avro qazanacaq. Tərəflər arasındakı əməkdaşlıq uğurlu alınarsa, bu məbləğ 8 milyon avroya qədər arta bilər.

“Əl-Sədd”in heyətində vaxtilə “Barselona”nın keçmiş futbolçusu Xavi Hernandes də çıxış edib və sonradan həmin komandada baş məşqçi kimi fəaliyyət göstərib.

Seçilən
23
sportinfo.az

1Mənbələr