AZ

Qarabağ ın rəqibinin daha bir oyunçusu sıradan çıxdı

ain.az, Axar.az portalına istinadən məlumat verir.

"Napoli"nin yarımmüdafiəçisi Frank Anqissa zədələnib.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, futbolçu Kamerun millisinin 0düşərgəsində zədələnib. Məlumata görə, yarımmüdafiəçi yığmanın məşqi zamanı əzələ zədəsi alıb. Sözügedən məşqin gərgin keçdiyi və həmin gün hücumçu Erik-Maksim Şupo-Motinq də zədələndiyi bildirilir.

İlkin ehtimallara görə, o, Kamerunun Konqo ilə DÇ-2026-nın seçmə mərhələsindəki oyununda iştirak etməyəcək. Yarımmüdafiəçinin durumu “Napoli” üçün də ciddi narahatlıq doğurur. Mövcud vəziyyətə əsasən, Anqissanın noyabrın 22-də “Atalanta”ya qarşı keçiriləcək A Seriyası matçını da buraxma ehtimalı yüksəkdir.

Qeyd edək ki, “Napoli” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi olacaq. Komandalar arasındakı qarşılaşma noyabrın 26-da (Bakı vaxtı ilə 00:00-da) İtaliyada baş tutacaq.

Daha öncə "Napoli"nin daha bir ulduz oyunçusu Kevin De Bruyne zədələnib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
2
axar.az

3Mənbələr