AZ

Saakaşvili klinikadan həbsxanaya qaytarıldı

BAKI, 12 noyabr. TELEQRAF

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin səhhəti yaxşılaşdığı üçün klinikadan həbsxanaya qaytarılıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Penitensiar Xidməti məlumat yayıb.

“Məhkum Mixail Saakaşvilinin səhhəti qənaətbəxş olduğundan o, mülki sektorun klinikasından Cəzaçəkmə Müəssisəsinə qaytarılıb və o, cəzasını çəkməyə davam edəcək”, - deyə məlumatda bildirilir.

Penitensiar Xidmətin məlumatına görə, Saakaşvili 2022-ci il mayın 12-də stasionar tibbi yardım üçün Vivamed klinikasına köçürülüb.

Gürcüstan qanunvericiliyinə görə, xəstənin mülki xəstəxanadan cəzaçəkmə müəssisəsinə qaytarılması xəstənin sağlamlıq vəziyyəti nəzərə alınmaqla, müalicə edən həkimin qərarı əsasında həyata keçirilir.

Saakaşvili 2022-ci ilin mayında həbsxanada uzun sürən aclıq aksiyasının nəticələrinə görə klinikaya yerləşdirilib.

Saakaşviliyə qarşı beş cinayət işi üzrə ittiham irəli sürülüb, onlardan ikisi keçmiş prezidentin qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilməsi ilə nəticələnib. Martın 12-də Tbilisi Şəhər Məhkəməsi Saakaşvilini dövlət vəsaitini mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib. Mart hökmündən sonra Saakaşvili cəzasını 2030-cu ilə qədər çəkməlidir.

Hazırda Tbilisi Şəhər Məhkəməsi ona qarşı iki işə baxır: 2007-ci il noyabrın 7-də etiraz aksiyasının dağıdılması və sərhədi qanunsuz keçmə.

Seçilən
38
11
teleqraf.com

10Mənbələr