AZ

Əfsanəvi futbolçu ​“Fənərbaxça”ya qayıtdı

“Fənərbaxça”nın əfsanəvi oyunçularından olan Tuncay Şanlı kluba qayıdıb. Metbuat.az xəbər verir ki, bu barədə klubdan açıqlama verilib. Açıqlamaya görə, keçmiş futbolçu klubda vəzifəyə təyinat alıb. O, futbol akademiyası nəzdində direktor təyin olunub.

Bildirilir ki, Tuncay Şanlı gənclər akademiyası ilə yuxarı heyət arasında struktur koordinasiyasını gücləndirməkdən, gənc oyunçuların performans, xarakter və peşəkarlıq proseslərini yenidən müəyyənləşdirməkdən və gənclər akademiyasında oyunçuların uğurlarını artırması sisteminin qurulmasından məsul olacaq.

Seçilən
8
7
metbuat.az

10Mənbələr