Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilə telefonla danışıb.

Leqal.info xəbər verir ki, söhbət zamanı prezidentlər Gürcüstanda qəzaya uğrayan C-130 hərbi yük təyyarəsinin təhqiqatı və son hadisələri müzakirə ediblər.

Ərdoğan göstərilən dəstəyə görə Kavelaşviliyə təşəkkür edib.

Gürcüstan prezidenti Mixail Kavelaşvili də öz növbəsində Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Leqal.info