AZ

Prezidentin yeni vəzifə verdiyi Orxan Mürsəlov kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Orxan Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və Göyçay rayonunda icra başçısı təyin olunub.
BUTA.TV Orxan Mürsəlovun dosyesini təqdim edir: Orxan Mürsəlov 26 iyul 1986-cı il tarixində Rusiya Federasiyasının Bryansk şəhərində anadan olub. O, 1993-2004-cü illərdə Bakı şəhərindəki 95 saylı tam orta məktəbdə təhsil alıb. Orxan Mürsəlov 2004-2008-ci illərdə Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsini politologiya ixtisası üzrə bitirib. O, 2008-2009-cu illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olub, 2010-2012-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarəedilməsi - marketinq ixtisası üzrə magistr dərəcəsi alıb.

Orxan Mürsəlov 2010-2022-ci illərdə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində və Ərazi-təşkilat məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2022-ci il tarixli sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

Seçilən
10
10
buta.tv

10Mənbələr