Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilə telefonla danışıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, söhbət zamanı prezidentlər Gürcüstanda qəzaya uğrayan C-130 hərbi yük təyyarəsinin təhqiqatı və son hadisələri müzakirə ediblər.
Ərdoğan göstərilən dəstəyə görə Kavelaşviliyə təşəkkür edib.
Gürcüstan prezidenti Mikheil Kavelashvili də öz növbəsində Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.