AZ

Ukrayna Rusiya ilə sülh danışıqlarını rəsmi olaraq dayandırdı - SƏBƏB

2025-ci ildə bərpa olunan Rusiya və Ukrayna arasındakı sülh danışıqları xüsusi irəliləyiş olmadan başa çatıb, buna görə də onların dayandırılmasına qərar verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirinin müavini Sergey Kislitsa məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna Rusiya PUA-larını məhv etmək üçün yeni DRON HAZIRLADI – VİDEO


Kislitsanın sözlərinə görə, Rusiya nümayəndə heyəti ilə “yaradıcı müzakirələr” aparmaq mümkün olmayıb:

“Onların çox sərt mandatı var və onlara verilmiş mövqeləri hər halda müdafiə etməlidirlər”..

Qeyd edək ki, Rusiya və Ukrayna münaqişənin həlli üzrə danışıqlara 2022-ci ilin fevralında başlayıblar. Rusiya və Ukrayna nümayəndə heyətlərinin son üzbəüz görüşü mart ayında İstanbulda baş tutub. Bundan sonra tərəflər münaqişənin dayandırılması şərtlərini videobağlantı vasitəsilə müzakirə ediblər, lakin payızda danışıqlar dayandırılıb.

2025-ci ildə Rusiya və Ukrayna nümayəndə heyətləri yenidən İstanbulda görüşüblər. Hazırda cari ildə üç danışıqlar raundu keçirilib: 16 may, 2 iyun və 23 iyul tarixlərində.

Xatırladaq ki, Kreml dəfələrlə bəyan edib ki, Rusiya Ukrayna ilə danışıqlara açıq qalır. Lakin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, tənzimlənməyə Ukrayna tərəfinin mövqeyi – yəni “siyasi-diplomatik yolla” hərəkət etmək istəməməsi mane olur.

Bizim.Media

Seçilən
9
3
bizim.media

4Mənbələr