ain.az, Milli.az portalına istinadən məlumat verir.
Müğənni Təranə Qumral sosial şəbəkədə maraqlı açıqlaması ilə gündəm olub.
Milli.Az xəbər verir ki, sənətçi qızıl alqı-satqısı ilə məşğul olduğunu etiraf edib.
Təranə bildirib ki, o, qızılı qazanc məqsədilə alır və satır:
"Qızıl ucuzlaşan vaxtı alıram, bahalaşanda satıram. kürəkənim Natiq də mənim qızıl satanımdı. Sonuncu dəfə bu yaxınlarda 80 min manata qızıl satmışam".
Müğənni həmçinin qeyd edib ki, şəxsi zinət əşyalarına toxunmur:
"Öz qızıllarımı satmıram, bunun üçün ayrıca qızıllar alıram. Gələn gəliri isə efirlərə gələndə makiyaja, geyimlərə xərcləyirik."
Təranə Qumralın bu etirafı izləyicilər arasında geniş müzakirə doğurub. Bir çoxları onun biznes yanaşmasını tərifləsə də, bəziləri sənətçinin bu qədər sərmayəni qızıl alverinə yönəltməsini təəccüblə qarşılayıb.
Musa
Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.