AZ

ETİHİ Respublika Komitəsinin növbəti regional görüşü Qazax–Tovuz bölgəsində keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzvtəşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ)Respublika Komitəsi üzv təşkilatlarla görüşlərini davametdirir.

Qazax–Tovuz bölgəsi üzrə növbəti regional görüş Ağstafarayonundakı Heydər Əliyev Mərkəzində keçirilib. Tədbirdə Ağstafa,Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları üzrə fəaliyyət göstərənilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri iştirakediblər.

Görüşdən öncə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı SeymurOrucov, AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev və ETİHİRespublika Komitəsinin sədri Araz Paşayev Ümummilli Lider HeydərƏliyevin abidəsini ziyarət ediblər və dahi şəxsiyyətin xatirəsinəehtiramlarını ifadə ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himnininsəsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəliksükutla yad olunması ilə başlayıb.

Görüşdə AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev, ETİHİRespublika Komitəsinin sədri Araz Paşayev, sədr müavini MirzəCəfərzadə, ETİHİ-nin məsul əməkdaşları və 472 ilk həmkarlarittifaqı təşkilatının sədrləri iştirak ediblər.

Çıxış edən Cəmaləddin Quliyev həmkarlar ittifaqlarınınsosial-iqtisadi sabitliyin qorunmasında oynadığı mühüm roldan, üzvtəşkilatların ictimai fəaliyyətində birliyin və həmrəyliyinəhəmiyyətindən danışıb.

Daha sonra Araz Paşayev çıxış edərək bildirib ki, üzvtəşkilatlarla birbaşa dialoqun qurulması və onların fəaliyyətinindəstəklənməsi ETİHİ-nin əsas prioritetlərindəndir. O, həmkarlarittifaqlarının sosial müdafiə, maarifləndirmə, əmək münasibətlərivə işçi hüquqlarının qorunması istiqamətində bir il ərzində həyatakeçirilmiş layihələr və fəaliyyət planları barədə geniş təqdimatlaçıxış edib.

Görüş zamanı üzv təşkilatların fəaliyyəti, yeni təşəbbüslər vəgələcək planlar müzakirə olunub, sədrlərin sualları cavablandırılıbvə təklifləri dinlənilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsibölgələrdə ilk təşkilat sədrləri ilə görüşlərini mərhələli şəkildədavam etdirir.

Qeyd edək ki, ETİHİ Respublika Komitəsi 405 mindən çox ittifaqüzvünü, 6 minə yaxın ilk təşkilatı və 148 üzv təşkilatı özündəbirləşdirir.

ETİHİ
ETİHİ
ETİHİ
ETİHİ
ETİHİ
ETİHİ
ETİHİ
ETİHİ
ETİHİ
Seçilən
14
7
az.trend.az

8Mənbələr