AZ

Orta Asiya klubu iki azərbaycanlı futbolçunu geri göndərdi

Qırğızıstan təmsilçisi “Abdış-Ata” azərbaycanlı futbolçuları İlkin Muradov və Mirabdulla Abbasovla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi və 30 yaşlı hücumçu ilə başa çatan müqavilələr uzadılmayıb.

Qırğızıstan Premyer Liqasında artıq mövsümə yekun vurulub, "Abdış-Ata" çempionatı 54 xalla üçüncü pillədə tamamlayıb. Mirabdulla komanda ilə 6, İlkin isə 14 oyuna çıxıb.

Seçilən
18
sportinfo.az

1Mənbələr