Naxçıvan Muxtar Respublikasında mədəni irsin qorunması istiqamətində növbəti mühüm layihə başlayır.
BAKU.WS-in məlumatına görə, Naxçıvanın Mədəniyyət Nazirliyi Hüseyn Cavid Məqbərəsində bərpa və konservasiya işlərinin aparılması üçün tender elan edib.
Bərpa layihəsi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, Naxçıvanın mədəni turizm potensialına da mühüm töhfə verəcək.
Məqbərədə aparılacaq işlər nəticəsində abidənin uzunömürlülüyü və konstruktiv dayanıqlığı təmin ediləcək, ziyarətçilər üçün estetik və təhlükəsiz mühit yaradılacaq, Hüseyn Cavidin irsi daha müasir tərzdə təqdim ediləcək və regionda mədəni turizm axını və iqtisadi aktivlik artacaq.