AZ

İtaliya KİV-i “Napoli”yə xəbərdarlıq etdi - “Qarabağ”ı “asan yem” saymayın!

Sportinfo.az xəbər verir ki, İtaliya mediası Bakıda keçirilən və Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turuna təsadüf edən “Qarabağ” - “Çelsi” oyununa geniş yer ayırıb.

Qurban Qurbanovun komandası ilk hissədə 0:1 hesabı ilə geridə olsa da, fasiləyə qədər hesabı bərabərləşdirib və sonra önə keçib (2:1).

İkinci hissədə isə “Zadəganlar” məğlubiyyətdən qaça biliblər (2:2). Beləliklə, “Qarabağ” növbəti görüşünü 25 noyabrda səfərdə “Napoli”yə qarşı keçirəcək.

İtaliyada Bakıda qeydə alınan heç-heçə “Napoli” üçün siqnal kimi dəyərləndirilib. Artıq Azərbaycan çempionu “rahat rəqib” kimi yox, özünə inanan və təhlükəli rəqib kimi qəbul olunur.

“CalcioNapoli24” nəşri nəticəni “Qarabağ"ın qəhrəmanlığı” adlandıraraq yazır ki, “Çelsi”ni dayandıran Qurban Qurbanovun komandası indi “Napoli” ilə həlledici döyüşə hazırlaşır və bu qarşılaşmada “üç həyati vacib xal” uğrunda mübarizə aparacaq.

Nəşr Ağdam klubunun yetkin oyun tərzini xüsusi vurğulayıb:

“Qarabağ” qol buraxdıqdan sonra müdafiəyə çəkilmədi, yüksək pressinq tətbiq etdi, “Çelsi”ni səhvlərə məcbur etdi və sübut etdi ki, aparıcı liqalarda çıxış edən komandalarla bərabər səviyyədə oynaya bilir.”

Seçilən
14
sportinfo.az

1Mənbələr