"Ermənistan Rusiyadan taxıl almaqdan heç vaxt imtina etməyəcək".
APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə bildirib.
“Mən rəsmən bəyan edirəm ki, Ermənistan bundan heç vaxt imtina etməyəcək”, - Paşinyan qeyd edib.
Paşinyan bununla belə, onu da qeyd edib ki, Ermənistan bazarda daha kimin taxıl satdığını görməkdən heç vaxt imtina etməyəcək.