Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının (MR) Baş naziri vəzifəsindən azad edilib.
Publika.az xəbər verir ki, Naxçıvan MR Ali Məclisinin noyabrın 12-də keçirilən iclasında bu barədə qərar qəbul edilib.
İclasda qeyd olunub ki, C.Cəlilov Naxçıvan MR-da Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunduğu üçün muxtar respublikanın Baş naziri vəzifəsindən azad edilməlidir.